Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 33 729-a yüksəlib.
Senzor.az bildirir ki, bu barədə anklavın Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında həm də 76 371 nəfər yaralanıb.
Məlumatda, həmçinin qeyd olunur ki, dağıdılmış binaların qalıqları altında və yol kənarlarında hələ də ölənlərin cəsədləri qalır. Amma təcili yardım briqadaları və mülki müdafiə qüvvələri İsrail ordusunun yaratdığı maneələrə görə onlara çata bilmirlər.