Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İsrailin Milli təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi arasında telefon danışığı olub.
Məlumatı TASS yayıb.
Bildirilib ki, tərəflər İranın İsrailə birbaşa hücumundan sonra Yaxın Şərqdə yaranan vəziyyəti müzakirə edib.
N.Patruşev Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün bütün tərəflərin təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayaraq ölkəsinin diplomatik həll tərəfdarı olduğunu söyləyib.