Ərdoğan Qətər Əmiri ilə danışdı: İSLAM DÜNYASI BİRLİK ÜÇÜN SƏYLƏRİNİ ARTIRMALIDIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Temim bin Hamed Al-Sani ilə telefon danışığı aparıb.

  

Senzor.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyinə istinadən bildirir ki, söhbətdə Türkiyə-Qətər münasibətləri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları və humanitar vəziyyət müzakirə edilib.

 

Prezident Ərdoğan deyib ki, İslam dünyası İsrailin vəhşi hücumlarını dayandırmaq və İsrailin insanlığa qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasını təmin etmək üçün birlik içində səylərini artırmalıdır.

 

Prezident vurğulayıb ki, İsraili mümkün qədər tez cilovlamaq və bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün sağlam düşüncə ilə hərəkət etmək çox vacibdir.

 

Söhbət zamanı Prezident Ərdoğan və Qətər Əmiri Əl-Sani bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.