ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərindəki hərbi zavodda yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, heç kim xəsarət almayıb.
Qeyd olunur ki, Skrantondakı zavod Ukraynaya göndərmək məqsədilə mərmi istehsal etmək üçün modernləşdirilib. Burada 155 mm-lik mərmilər hazırlanır.
Ukraynada 2022-ci ildə müharibə başlamamışdan öncə zavodda yeddi min artilleriya mərmisi hazırlanırdı. 2027-ci ilə qədər isthsalı ayda 35 min ədədə qədər artırmaq planlaşdırılır.