Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.
Qırğızıstan KİV xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
“Səfər 18-19 aprel tarixlərində baş tutacaq. Səfər zamanı dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqlar aparacaq. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər”, - o bildirib.
Səfər çərçivəsində S.Japarov Qırğızıstan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının altıncı iclasında iştirak edəcək.