Tbilisidə aksiya: Saxlanılanlar var
YENİLƏNİB, VİDEO

Tbilisidə hökumət administrasiyasına qarşı davam edən aksiya zamanı iki nəfər saxlanılıb, saxlanılanların birindən soyuq silah götürülüb.

 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.


 Məlumata görə, 2 müxalifət partiyasının sədri də saxlanılıb.


DİN bir daha aksiyanın təşkilatçılarına və iştirakçılarına müraciət edərək, onları qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.



**21:54 (17.04.2024)


Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında" qanuna etirazlar davam edir.

 

Senzor.az bildirir ki, etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.

 

Parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

 

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

 

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.