Rəfaha hücum etməməsi üçün İsrailə təzyiq göstərməyə davam edilməlidir.
Bu barədə Aİ-nin xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İtaliyada keçirilən G7 ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl jurnalistlərə deyib.
"Küçələrində 1.7 milyon insanın olduğu Rəfaha hücum edilərsə, burada əsl humanitar fəlakət yaşanacaq. Prezident Bayden və bütün Avropa liderləri tərəfindən İsrailə verilən siqnal və edilən çağırış aydındır: Rəfaha hücum etməyin! Burada özünü müdafiə etmək imkanı olmayan və xilas üçün sığınmış 1.7 milyon insan var. Beləliklə, bir daha vurğulayıram Rəfaha hücum etməyin. İndiyə qədər bu baş verməyib, yəni biz təzyiq göstərməyə davam etməliyik", - Borrell bildirib.