ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstana gəlib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi məlumat yayıb.

 

Qeyd olunub ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş olub.

 

“Dövlət naziri ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-ın rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə nail olunmasının vacibliyinə diqqət çəkiblər”, - məlumatda qeyd edilib.

 

Həmçinin Dövlət Departamentinin nümayəndəsinin bir daha ABŞ-ın  Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.