İsrail 13 aprel hücumuna cavab olaraq İrana "məhdud sayda" zərbələr endirib.
Senzor.az İran KİV-inə istinadən bildirir ki, İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının yaxınlığında üç güclü partlayış səsi eşidilib. Məlum olub ki, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub.
Ölkənin bir sıra əyalətlərində HHM işə düşüb. Tehran, İsfahan və Şiraz üzərindən aviareyslər bir müddətə təxirə salınıb.
ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisindən edildiyini bildirib.
Bu arada o da məlum olub ki, ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb. Məlumatı
NBC kanalı rəsmi mənbələrə istinadla yayıb. Məlumatda, həmçinin bildirilib ki, ABŞ hücum barədə məlumatlandırılsa da, onda iştirak etməyib.
Senzor.az