Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər
YENİLƏNİB

Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya turnesinə Tacikistandan başlayan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu qəbul edib.


Tacikistan KİV xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidmətinin bəyanatında qeyd edilib.


Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.


“Böyük Britaniyanı Qərbi Avropada mühüm tərəfdaş hesab edirik, ölkəmiz Krallıqla çoxşaxəli əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük diqqət yetirir”, - E.Rəhmon vurğulayıb.


D.Kemeron isə iki ölkə arasında çoxşaxəli əlaqələrin nəzərəçarpacaq dərəcədə genişlənməsindən məmnunluğunu ifadə edib.


Görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar sahələrdə əlaqələri müzakirə ediblər.


Görüşün mühüm mövzularından biri də parlamentlərarası əlaqələrin genişləndirilməsi olub.


Tərəflər həmçinin “yaşıl enerji” istehsalı və “yaşıl iqtisadiyyat”a keçid istiqamətində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

**10:27

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Tacikistana səfər edib.

 

Bu barədə Tacikistan XİN məlumat yayıb. 

 

Bildirilir ki, britaniyalı diplomat səfər çərçivəsində Prezident Emomali Rahmon və xarici işlər naziri Sirociddin Muhriddinlə görüşəcək.

 

Səfərin digər detalları barədə məlumat verilmir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.