Tacikistan Prezidenti İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb

Tacikistan prezidenti Emoməli Rəhmon İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb.


TASS xəbər verir ki, məlumatı Tacikistan Prezidentinin mətbuat xidməti yayıb.


Məlumata görə, onu bu səfərdə xarici işlər, daxili işlər, sənaye və yeni texnologiyalar, kənd təsərrüfatı, energetika, nəqliyyat, mədəniyyət nazirləri, dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi, o cümlədən, İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Narkotiklərlə Mübarizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər müşayiət edir.


Səfərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.


Qeyd edək ki, Tacikistan və İtaliya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Vaxtaşırı olaraq iki ölkənin xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər həyata keçirilib. 2009-cu ildə Tacikistan və İtaliya arasında texniki, sənaye və iqtisadi sahələrdə əməkdaşlığa dair hökumətlərarası saziş, habelə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb. Tacikistan Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2023-cü ildə Tacikistandan İtaliyaya təqribən 15 milyon dollar dəyərində mal ixrac edilib. 2023-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 12,5 faiz artıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.