İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb

İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib.


Məlumatı İsrail KİV-i yayıb.


Bildirilib ki, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub.


Məhəmməd Xəlil Atiya isə aprelin 23-də İsrail sərhədindən 15-20 km aralı Arzun rayonunun şərqində Zrifa kəndində Müdafiə Ordusunun aviazərbəsi nəticəsində ölüb.


Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan (7 oktyabr 2023-cü il) “Hizbullah”ın 288 döyüşçüsü və komandiri öldürülüb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.