Rusiyada müdafiə nazirinin müavini saxlanıldı
RÜŞVƏT ALMAQDA ŞÜBHƏLİ BİLİNİR

Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti (rüşvət alma) törətməkdə şübhəli bilinərək Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.


Qeyd olunur ki, İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur.

 

Yeri gəlmişkən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Timur İvanovun saxlanılması barədə Prezident Vladimir Putinə məruzə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.