Qazaxıstanda daşqınlar: 8,5 min insan təxliyə məntəqələrində qalır

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

 

“Bu saatadək 31 min 112 nəfər öz evlərinə qayıdıb. Eyni zamanda 8 min 566 nəfər, o cümlədən 3 min 718 uşaq hələ də təxliyə mərkəzlərində qalır. Ümumilikdə isə mart ayından bəri 119 mindən çox insan daşqın zonalarından təxliyə edilib”, - deyə Askar Şarip bildirib.

 

Onun sözlərinə görə, hazırda respublikanın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınlara qarşı mübarizə tədbirləri davam edir. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində Jayık (Ural) çayının səviyyəsində tədricən azalma müşahidə olunur. Daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.