Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib - YENİLƏNİB

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, girov müqaviləsinin bir hissəsi kimi Qəzzada müharibənin dayandırılmasını qəbul etməyəcək.


"Times of Israel" xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.


"O, Blinkenə dedi ki, biz razılığa gəlməkdə maraqlıyıq və eyni zamanda, HƏMAS-ı devirməkdə qərarlıyıq", rəsmi mənbə deyib.


Baş nazirin Ofisi də yaydığı açıqlamada Netanyahunun HƏMAS ilə girov razılaşmasının Rəfaha girməkdən vaz keçməklə heç bir əlaqəsi olmadığını Blinkenin diqqətinə çatdırdığı qeyd olunub: "Rəfah əməliyyatı heç nədən asılı deyil. Baş nazir Netanyahu bunu katib Blinkenə açıqlayıb", - açıqlamada qeyd olunub.


Dövlət Departamentinin sözçüsü Metyu Miller isə görüşə dair bəyanatında vurğulayıb ki, Blinken “ABŞ-ın Rəfahla bağlı dəqiq mövqeyini bir daha təkrarlayıb".


Lakin ABŞ-ın mövqeyinin nədən ibarət olması barədə izah verilməyib.


Qeyd edək ki, Bayden administrasiyası mülki insanları təxliyə etmək üçün etibarlı bir planı olmayan Rəfah əməliyyatına qəti şəkildə qarşı çıxıb, hətta Qəzzanın cənubundakı bu şəhərin işğalını "qırmızı xətt" adlandırıb.

**13:23

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilir.


Bu barədə məlumatı İsrail KİV-i yayıb.


Bildirilib ki, görüşdən sonra onların iştirakı ilə İsrail və ABŞ nümayəndə heyətinin genişləndirilmiş tərkibdə iclası olacaq.


Məlumata görə, iclasda İsrail tərəfdən strateji işlər naziri, Baş Qərargahın rəisi, Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə idarəsinin rəisi, baş nazirin fəaliyyətdə olan hərbi katibi və baş nazirin təyin olunmuş hərbi katibi, siyasi məsləhətçi, İsrailin ABŞ-dakı səfiri, Amerika tərəfdən isə ABŞ-ın İsraildəki səfiri, dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi və Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi nümayəndə iştirak edəcək.

**11:13

ABŞ dövlət katibi Antoni Blinken İsraildə səfərdədir.


Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.


Onun sözlərinə görə, Baş katib Blinken İsraildədir və o, Baş nazir Netanyahu, Prezident Herzoq və girovluqda olan ABŞ vətəndaşlarının (yəhudi əsilli -red.) ailə üzvləri ilə görüşəcək.


Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.