Bu gün İranın Kerman əyalətinin Faryab şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İSNA-nın xəbərinə görə, yerli vaxtla saat 07:53-də meydana gələn zəlzələ 9 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmaması məlum deyil.