Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur.
Senzor.az bildirir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.
Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış tikililərin söküntüsünə başlayacaqlar.