Vladimir Putin and içdi və Rusiya Prezidenti vəzifəsinin icrasına başladı - VİDEO
YENİLƏNİB

Vladimir Putin Böyük Kreml sarayının Andreyevsk zalında keçirilən inauqurasiyada and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Prezident hakimiyyəti rəmzlərini Vladimir Putinə təqdim edib.

 

Vəzifəsinin icrasına başlaması elan edildikdən sonra çıxış edən Vladimir Putin qeyd edib ki, Rusiya həlledici mərhələdən keçir və ölkə vətəndaşları RF rəhbərliyinin kursunun doğru olduğunu təsdiq ediblər. O deyib: “Biz Rusiyanın timsalında düzgün tərəfdaşını görən bütün ölkələrlə münasibətləri möhkəmləndirməyə açıq olmuşuq və bu, indi də belədir. Qərb ölkələri ilə dialoqdan imtina etmirik, seçim onlarındır”.

 

V.Putin vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası üzrə tərəfdaşları ilə birlikdə dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.

 

**12:59


Moskvada 5-ci dəfə dövlət başçısı kimi fəaliyyətə başlayacaq Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, and içəcək və rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayacaq. Bundan sonra yeni Nazirlər Kabineti formalaşdırılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.