Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyədə rəsmi səfərdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində tərəflər arasında iqtisadiyyat, ticarət, tikinti, səhiyyə, turizm, enerji və müdafiə sənayesi sahələrində mövcud əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə yeni müqavilələr imzalanacaq.

 

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 60-cı ildönümündə həyata keçirilən səfər 2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt Əmirinin qeyri-ərəb ölkəsinə ilk rəsmi xarici ziyarətidir. Bu, eyni zamanda yeddi illik fasilədən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.

 

Türkiyə və Küveyt rəsmiləri arasında keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, o cümlədən ticarət, müdafiə sənayesi, turizm və investisiya kimi mühüm sahələr, eləcə də İsrail-Fələstin qarşıdurması başda olmaqla regional məsələlər müzakirə olunacaq.

 

Ötən il Küveytlə Türkiyə arasındakı ticarət həcmi təxminən 700 milyon ABŞ dolları təşkil edib. Hazırda əməkdaşlığın diversifikasiyası, yeni əməkdaşlıq mexanizmləri vasitəsilə qarşılıqlı ticarət və investisiyaların artırılması qarşıya məqsəd qoyulub.

 

Küveyt Xəbər Agentliyinin (KUNA) məlumatına əsasən, hazırda Türkiyədə 400-dən çox Küveyt şirkəti, Küveytdə isə 50-yə yaxın türk şirkəti fəaliyyət göstərir. Bunların əksəriyyəti inşaat sektorunu əhatə edir. Bu günə qədər Türkiyənin Küveytdə bu sahə üzrə həyata keçirdiyi layihələrin dəyəri 9,2 milyard dollara, Küveytin Türkiyəyə yatırdığı birbaşa investisiyaların dəyəri isə 2 milyard dollara çatıb.

 

Türkiyə Küveyt vətəndaşlarının turizm, müalicə və daşınmaz əmlak investisiyaları üçün ən çox üstünlük verdiyi ölkələrdəndir. Küveyt vətəndaşları Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ilk onluqdadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.