İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börnslə görüşüb.
Bu barədə "Times of Israel" İsrail hökumətindəki mənbəyə istinadən bildirib.
Görüşə MOSSAD-ın rəhbəri David Barnea, Strateji Məsələlər üzrə nazir Ron Dermer və digər yüksək səviyyəli rəsmilər də qatılıb.
Jurnalist Barak Ravid isə "X" hesabında İsrailin yüksək səviyyəli rəsmisinə istinad edərək yazıb ki, görüşdə HAMAS-la girov razılaşmasına nail olmaq səyləri müzakirə edilib.
Xatırladaq ki, medianın məlumatına görə, İsrail nümayəndə heyəti HAMAS-la danışıqları davam etdirmək üçün hələ də Qahirədədir.