"Dəyərli millətimizin ölkəmizi zəhər tacirlərindən və küçə satıcılarından təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Ölkəmizin hər yerində zəhər tacirlərinə qarşı əməliyyatlarımız davam edir...”.
Senzor.az bildirir ki, ölkənin daxili işlər naziri Ali Yerlikayanın “X” sosial media hesabından etdiyi paylaşımda belə deyilir.
Xəbərində əməliyyatın görüntülərini də yerləşdirən Yerlikaya əməliyyatları həyata keçirən jandarma personalını təbrik edib.