ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollar həcmində hərbi yardımla bağlı əmr imzalayıb.
Senzor.az bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti bu məsələ ilə bağlı müvafiq səlahiyyətləri dövlət katibi Antoni Blinkenə verib.
Paketə “Patriot” hava hücumundan müdafiə sisteminin mərmiləri, “Stinger” hava hücumundan müdafiə raketləri, “Bradley” piyada döyüş maşınları və digər döyüş sursatları daxildir.