Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə Polşa KİV-i məlumat yayıb.
Dövlət yanğınsöndürmə nəzarətinin baş komendantı Mariuş Feltinovski jurnalistlərə bildirib ki, ticarət mərkəzinin binası tamamilə dağılıb.
Onun sözlərinə görə, ticarət mərkəzində həddindən artıq yanar materiallar, ilk növbədə tekstil məmulatları olduğu üçün yanğın çox sürətlə yayılıb.
Yanğının səbəbi hələlik məlum deyil.
**11:40
Polşanın paytaxtı Varşavada yerli ticarət komplekslərindən birində yanğın baş verib.
Senzor.az bildirir ki, kadrlar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə yerində onlarla yanğınsöndürmə briqadası işləyir.
Ətrafda tüstü buludları görünür.
Varşava və ətraf rayonların sakinlərinə pəncərələri bağlamaq tapşırılıb, çünki havada zərərli hissəciklər ola bilər. Yanan materiallar arasında məişət kimyəvi maddələri, mebel, rezin məhsulları var.