Gürcüstan hakimiyyəti mayın 13-14-də “Xarici agentlər haqqında” qanun layihəsinə üçüncü oxunuşa baxılan zaman Tbilisidə parlament binası yaxınlığında radikal qrupların iğtişaşlar təşkil etmək planları barədə məlumatlara malikdir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bizdə etibarlı məlumat var ki, radikal müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən gənclər qrupları sabah və o biri gün Gürcüstan parlamentinə və polisə qarşı zorakılıq aksiyaları planlaşdırır”, - Kobaxidze bildirib.
Kobaxidze müxalifətə xəbərdarlıq edib ki, zorakılığa görə hər kəs qanun çərçivəsində cavab verəcək, hüquq-mühafizə orqanları əməkdaşlarını isə maksimum səbir göstərməyə çağırıb.