Rusiyada raketlə vurulan binada axtarış işləri başa çatıb - 15 NƏFƏRİN CƏSƏDİ TAPILIB
YENİLƏNİB, VİDEO

Rusiyanın Belqorod şəhərində qismən dağılmış çoxmərtəbəli binanın dağıntılarının təmizlənməsi işləri yekunlaşıb.

 

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Belqorod şəhərində axtarış-xilasetmə əməliyyatları və dağıntıların təmizlənməsi başa çatıb. 17 nəfəri xilas etmək mümkün olub. Təəssüf ki, dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb”, - nazirlikdən bildirilib.

 

**23:57 (12.05.2024)


Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərini raketlərlə atəşə tutub.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Belə ki, mərmilərdən biri Şors küçəsində on mərtəbəli yaşayış binasına ciddi ziyan vurub və binanın girişi tamamilə dağılıb.

 

Xilasedicilər dağıntıların altından 12 nəfərin meyitini çıxarıblar. Qeyd olunub ki, 31 nəfər müxtəlif xəsarətlər alıb.

 

Xatırladaq ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi Belqoroda atılan iki "Toçka-U" operativ-taktiki raketinin ələ keçirildiyini bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.