BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası təyyarə qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"BMT Təhlükəsizlik Şurasının üzvləri mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər rəsmi şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər", - deyə məlumatda vurğulanıb.