İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.
Məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.
Xatırladaq ki, mayın 19-da göyərtəsində İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.