Rumıniya Prezidenti Klaus İohannis və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Rumıniya dövlət başçısı "X" hesabında bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Rumıniyanın Ukraynaya davamlı dəstəyi, qarşıdan gələn NATO Sammiti üçün prioritetlər və Qara dənizdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsini müzakirə ediblər.
"Mən həmçinin Rumıniyanın Ukrayna Sülh Formulasına sadiqliyini ifadə etdim", - deyə prezident İohannis qeyd edib.