Fələstin dövlətinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin bunun vaxtı hələ çatmayıb.
TASS xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Onun sözlərinə görə, bu gün Fələstinin tanınması qərarının vəziyyətə real təsir göstərməsi üçün şərait yaranmayıb:
“Bununla bağlı qərar faydalı olmalı və siyasi baxımdan əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verməlidir. Odur ki, bu istiqamətdə qərar lazımi anda verilməlidir”.