İranın faciəvi helikopter qəzasında həyatını itirən Prezidenti İbrahim Rəisi Məşhəd şəhərində, İmam Rza türbəsində torpağa tapşırılıb.
Senzor.az bildirir ki, şəhərdə on minlərlə insan mərhum Prezidenti son mənzilə yola salmaq üçün küçələrə axışıb.
**17:58
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi başlayıb.
TASS xəbər verir ki, SNN telekanalı dəfn mərasimini canlı yayımlayır.
Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra İ.Rəisinin tabutu Məşhədə çatdırılıb.
IRNA-nın verdiyi məlumata görə, Məşhəd şəhərinin küçələrində 3 milyona yaxın insan toplaşıb.