Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Belarusa rəsmi səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya dövlət başçısının təyyarəsi bir az əvvəl Minsk Milli Hava Limanına enib.
Hava limanında iki ölkə liderlərinin qısa söhbəti olub. Prezidentlər arasında rəsmi danışıqlar mayın 24-də Müstəqillik Sarayında əvvəlcə dar tərkibdə, sonra isə geniş tərkibdə keçiriləcək.
Tərəflər Belarus-Rusiya münasibətlərinin bütün kompleksinin vəziyyətini və inkişaf perspektivlərini - inteqrasiya gündəmini və İttifaq Dövlətinin Ali Dövlət Şurasının qəbul etdiyi qərarların icrasını, siyasi dialoqu, təhlükəsizliyi birgə ticarət-iqtisadi və əməkdaşlığın təşviqini və s. məsələləri müzakirə edəcəklər.
Ənənəvi olaraq beynəlxalq gündəm, regionda vəziyyət, ortaya çıxan çağırışlara və təhdidlərə birgə reaksiya da diqqət mərkəzində olacaq.
Senzor.az