İsrail Müdafiə Qüvvələri əməliyyat zamanı Qəzza zolağının şimalında daha üç girovun meyitini aşkar edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumatda bildirilib ki, 30 yaşlı Orion Hernández Radoux, 42 yaşlı Hanan Yablonka və 59 yaşlı Mişel Nisenbaum meyitləri tapılıb.
IDF bildirib ki, "etibarlı kəşfiyyat məlumatları"na görə, onlar oktyabrın 7-də öldürülüb və onları meyitləri HƏMAS tərəfindən oğurlanaraq Qəzzaya aparılıb.
Son vaxtlara qədər onlarla bağlı heç bir məlumat olmadığı üçün həmin girovların sağ olduqlarına ümid edilirdi.