Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.
Bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
Ukrayna dövlət başçısı deyib ki, o, Xarkovda regional vəziyyət və istilik mövsümünə hazırlıqla bağlı müşavirə keçirib. "Mən həmçinin müdafiə əməliyyatları, xüsusilə Volçansk ərazisində, eləcə də zədələnmiş enerji infrastrukturunun bərpası ilə bağlı məlumatlandırıldım. Düşmən atəşinə məruz qalan Xarkov vilayəti torpaqlarından didərgin düşmüş insanlarımızın mənzil təminatına xüsusi diqqət yetirdik", - Zelenski qeyd edib.