Rumıniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.
TASS xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd addımlara görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan etmək qərarına gəlinib”, - məlumatda vurğulanıb.
Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə saxlandığını bildirib. Məlumata görə, o, Rumıniya və ya NATO-ya məxsus hərbi obyektlərin fotoşəkillərini Rusiyanın Buxarestdəki səfirliyinə göndərib.