Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Putin və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iki ölkənin Regionlar Şurasının ilk iclasında iştirak edəcəklər.
Səfərin mayın 26-27-də baş tutacağı gözlənilir.
Bundan əlavə, danışıqlar zamanı tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.