Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl yaxın vaxtlarda Rusiya da daxil olmaqla, bir neçə ölkəyə səfərlər planlaşdırdığını bəyan edib.
Senzor.az bildirir ki, o bu barədə “Posta” qəzetinə açıqlamasında danışıb.
“Yaxın gələcəkdə Moskvaya, Pekinə və Qərb paytaxtlarına səfər etməyi planlaşdırıram”, – deyə siyasətçi bildirib.
Özəl Türkiyənin Rusiyaya qarşı siyasətini düzgün adlandıraraq, “Amerikanın sanksiyalarına təslim olmadığını” qeyd edib: “Türkiyənin Ukrayna və Rusiya münaqişəsində sadiq qaldığı balanslı mövqeyini düzgün hesab edirəm. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək əvəzinə vasitəçilik missiyasını üzərinə götürdü, Amerika sanksiyalarına təslim olmadı”.
Özəl həmçinin bildirib ki, Türkiyə hakimiyyətinin Qara dəniz boğazlarında gəmiçilik qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi riayət etməsini “doğru addım” hesab edir.
Senzor.az