Rusiya Prezidenti Vladimir Putin hazırda Özbəkistanın paytaxtı Daşkənddə səfərdədir.
Senzor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidentini özbəkistanlı həmkarı Şavkat Mirziyoyev qarşılayıb.
Səfər 2 gün davam edəcək.
Rusiya Prezidenti Özbəkistan lideri Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.
Dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.
Xatırladaq ki, bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri xaricə üçüncü səfəridir.