Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölmüş vəziyyətdə tapılıb.
Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında bildirilib.
Departament fransız diplomatın ölüm səbəbini açıqlamayıb. Amma yerli “The Daily Mirror” qəzeti 53 yaşlı Paktenin infarktdan keçindiyini bildirib.