Yeni Kaledoniyada tətbiq edilən fövqəladə vəziyyət rejimini 28 mart, yerli vaxtla saat 05:00-dan etibarən ləğv ediləcək.
Yerli hökumətin saytının xəbərinə görə, bu barədə Fransa hökuməti qərar qəbul edib.
Bu addım son 24 saat ərzində regionda vəziyyətin sabitləşməsi ilə əlaqələndirilib. Bildirilib ki, komendat saatı qüvvədə olduğundan asayiş keşikçiləri hələ bir müddət burada qalmaqda davam edəcək.
Qeyd edək ki, Yeni Kaledoniyada başlayan etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 460 nəfər isə saxlanılıb.