İrlandiya Fələstini rəsmən tanıyıb - YENİLƏNİB

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.


Xarici KİV xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.


“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, - o qeyd edib.


M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.

**

Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərar qüvvəyə minib.


TASS xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.


“30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”, - bəyanatda vurğulanıb.


Qeyd edək ki, Norveç hökuməti mayın 22-də Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb. Bu barədə İrlandiya və İspaniyanın hakimiyyət orqanları da məlumat verib.

**15:32

İspaniya hökuməti Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.


TASS xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.