İsrail Müdafiə Qüvvələrinin tankları Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzinə daxil olub.
Bu barədə "France Presse" yerli sakinlərə istinadən məlumat yayıb.
“İsrail tankları Rafahın mərkəzində yol qovşağında yerləşir”, - agentlik hadisə şahidlərinə istinadən məlumatda qeyd edib. Təhlükəsizlik xidmətindəki mənbə bu məlumatı təsdiqləyib.
Yerli sakinlər ərazidə İsrail hərbçiləri ilə “silahlı birləşmələrin üzvləri” arasında toqquşmalar olduğunu bildiriblər.