Səudiyyə Ərəbistanı İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi ilə əlaqəli bir qrup jurnalisti ölkədən çıxarıb.
Bu barədə “İran İnternational” məlumat yayıb.
Bildirilib ki, Xaməneiyə bağlı “İran nümayəndə heyəti” media qrupuna aid altı jurnalist və proqramçı bir neçə saat saxlanılıb. Onların arasında “İslam Respublikasının Mədinədəki media missiyası"nın üzvü, İran teleradio şirkətinin başçısı Peyman Cabali də var.
Mayın 29-da onlar Tehrana gəlib.
Vurğulanıb ki, İran KİV və rəsmi mənbələr həmin şəxslərin bir həftədir saxlanılması barədə məlumat verməyib. Bu media qrupunun altı üzvü - Səlim Qafuri (Ofoq şəbəkəsinin keçmiş direktoru), Şəfi Şolekar, Mehdi Moveidi, Mehdi Amiri, Puria Süleymanzadə və Əlireza Tabandır.