Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa ərazisində diversiya fəaliyyəti ilə məşğul olan əcnəbini saxlayıb.
“Unian“nın xəbərinə görə, araşdırmalar zamanı onun Şərqi Avropa ölkələrindən birinin vətəndaşı olduğu müəyyən edilib.
O da bildirilib ki, həmin şəxs aprel ayında Odessadakı iki elektrik stansiyasının avadanlıqlarını benzinlə yandırıb. Nəticədə 8 yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət dövründə təxribatların törədilməsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(APA)