İsrailin baş naziri Beynamin Netanyahunun oğlu Yair Netanyahu “X” hesabında kürdlərin müdafiəsi ilə bağlı paylaşım edib.
Musavat.com bildirir ki, onun paylaşımına əlavə etdiyi xəritədə kürdlərin torpaqları olaraq qeyd edilən ərazilərə Azərbaycanın Cənub-Qərb rayonları da daxil edilib.
Yair paylaşımında “Bütün nəzərlər Kürdüstandadır”, “Türkiyədəki kürd əhalinin genosidi dayandırılsın”, “İran, İraq, Suriyada kürdlərin genosidi dayandırılsın” kimi təhrikçi şüarlar qeyd edib.