Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapura səfər edib.
Bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
Onun Sinqapura səfərinin məqsədi bu ölkədə keçirilən Şanqir-La Dialoq müdafiə sammitində iştirakdır.
Ukrayna dövlət başçısı bildirib ki, o, konfransda çıxış edəcək və bir sıra görüşlər keçirəcək.
"Sinqapur Prezidenti Tharman Şanmuqaratnam və Baş nazir Lourens Vonq, Timor-Leste Prezidenti Xose Ramos-Horta, ABŞ müdafiə naziri Lloyd Ostin və sinqapurlu investorlarla görüşəcəyəm", o qeyd edib.