Fransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.
TASS xəbər verir ki, polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.
Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və alman əsilli şəxslər olublar.
Qeyd edək ki, son aylarda Fransa prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyini istisna etməyib.