İranda prezident seçkilərində namizədlərin qeydiyyatı başa çatdı - YENİLƏNİB

İranda prezident seçkilərində iştirak etmək üçün 22 namizəd qeydiyyatdan keçib.

 

“Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Seçki Komissiyasının nümayəndəsi Məhəmməd İslami məlumat verib.

 

“Seçki Komissiyası 86 iddiaçının müraciətinə baxıb, onlardan 22-si qeydə alınıb”, - o deyib.

 

M.İslami qeyd edib ki, qeydiyyatdan keçənlərdən 21-i kişi, 1-i qadındır.

 

O xatırladıb ki, bazar ertəsi qeydiyyatın son günü olub, qeydiyyat yerli vaxtla saat 18:00-da başa çatıb və qeydiyyat müddəti uzadılmayacaq.


**10:29


İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.

 

Bu barədə “Tasnim” məlumat yayıb.

 

Bildirilib ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejad, Səid Cəlili və Əli Laricaninin də adları var.

 

İddiaçılar Daxili İşlər Nazirliyi və Nəzarət Şurası tərəfindən araşdırıldıqdan sonra prezidentliyə namizəd olaraq qeydə alınacaqlar. İyunun 12-27-dək seçkiqabağı kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək.

 

Qeyd edək ki, ötən dörd gün ərzində 137 nəfər iddiaçı olmaq üçün ərizə ilə müraciət edib. Onlardan 15-i qadın, 22-si kişi olmaqla 37 iddiaçının namizədlik üçün ərizəsi qəbul edilib. Namizədlərin adları iyunun 12-də açıqlanacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.