Misir hökuməti istefa verib. Ölkə Prezidenti Əbdülfəttah Sisi Baş nazir Mustafa Madbuliyə yeni kabinetin formalaşdırılması ilə bağlı göstəriş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Misir Prezidentinin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, Sisi hökumətin istefası tələbini Prezidentə təhvil verən Madbulini qəbul edib: “Prezident ona səriştə və təcrübəyə malik insanlardan ibarət yeni hökumət yaratmağı tapşırıb”.