Ukrayna Ali Radası ingilis dilinin ölkə ərazisində beynəlxalq ünsiyyət vasitəsi kimi istifadəsinə icazə verən qanunu qəbul edib.
Yeri KİV-in məlumatına görə, sənədin lehinə 236, əleyhinə isə 3 deputat səs verib.
Bununla da ingilis dilinə Ukrayna ərazisində “ünsiyyət vasitəsi” statusu verilib.
Qanun həmçinin ingilis dilini bilmək tələbinin qoyulduğu şəxslərin əhatə dairəsini müəyyənləşdirir. Sənəddə göstərilir ki, hakimiyyət orqanları, yerli özünüidarəetmə qurumları, təhsil, mədəniyyət, nəqliyyat, səhiyyə və digər sahələrdə çalışanlar mütləq ingilis dili üzrə biliklərə malik olmalıdır.
Qanunda həmçinin ingilis dilində filmlərin nümayişini təşkil etmək üçün kinoteatrlara əlavə vəsaitin ayrılması da nəzərdə tutulur.