Suriya Prezidenti Bəşər Əsəd İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kənini qəbul edib.
Bu barədə "Tasnim" məlumat yayıb.
Qəzza böhranı ilə bağlı müzakirələr tərəflər arasında dialoqun ən mühüm mövzularından olub.
Əli Baqeri regiona səfəri çərçivəsində Dəməşqdədir. O, bundan əvvəl Livanda yüksək vəzifəli şəxslərlə görüşüb, müzakirələr aparıb.